Abşeronda silahlı insident olub

Abşeronda silahlı insident olub

12 Sentyabr 2012 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Abşeron rayonunda silahlı insident olub. Rayon Polis Şöbəsindən Apa-ya verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Ş. Mustafayev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V. Musayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

O.M.