Bakıda 47 yaşlı kişi bıçaqlandı

Bakıda 47 yaşlı kişi bıçaqlandı

12 Sentyabr 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha bir qətl törədilib. Bu barədə Apa-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində qeydə alınıb. Bakı şəhərində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 47 yaşlı Salman Məmmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda qətlin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
O.M.