Azərbaycanda polis mayoru həbs edildi

Azərbaycanda polis mayoru həbs edildi

10 Sentyabr 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
O, rüşvətxorluq etdiyinə görə 8 il azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu Rayon Polis İdarəsinin rüşvətxorluqda təqsirləndirilən sabiq baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, N. Qəmbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.

O.M.