
Azərbaycanda 8-9 Sentyabrın kriminal xronikası
08.09.2012- Şənbə günü ərzində 51 cinayət faktı qeydə alınmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.
Qonşusu Elşən Kərimovu döyərək qətlə yetirmiş Sabirabad rayonunun Nizamikənd kənd sakini Rafiq Nuriyev tutulmuşdur
08.09.2012
Sentyabrın 8-də Sabirabad rayonunun Nizamikənd kəndi ərazisində, kənd sakini Rafiq Nuriyev münaqişə zəminində qonşusu Elşən Kərimovu döyərək qətlə yetirmişdir. R.Nuriyev Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Lerik rayon sakini Hikmət Hüseynova bıçaqla xəsarət yetirmiş Bəxtiyar Əliyev tutulmuşdur
08.09.2012
Sentyabrın 8-də Lənkəran rayonunun Qurunba kəndi ərazisindəki "Elçin" şadlıq sarayında, Lerik rayon sakini Bəxtiyar Əliyev münaqişə zəminində həmyerlisi Hikmət Hüseynova bıçaqla xəsarət yetirmişdir. B.Əliyev Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Tərtər rayon sakini Sadiq Musayev tutulmuşdur
08.09.2012
Polis Akademiyası və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Bakı şəhər sakini Tükazban Babaşovaya qarşı zor tətbiq edərək, qızıl boyunbağısını ondan almış Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Sadiq Musayev tutulmuşdur.
Oğurluq etmiş Mingəçevir şəhər sakinləri Əli Şədai, Səlim Bayramlı və Ramin Hacızadə tutulmuşlar
08.09.2012
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Qalib Tanrıverdiyevin mənzilindən 150 manat pul və 1 ədəd noutbuk oğurlamış Mingəçevir şəhər sakinləri Əli Şədai, Səlim Bayramlı və Ramin Hacızadə tutulmuşlar.
Axtarışda olan Vəfadar Əliyev tutulmuşdur
08.09.2012
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respubublikası CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vəfadar Əliyev tutulmuşdur.
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 8-də saat 19.30 radələrində Abşeron rayonu ərazisində, Xırdalan şəhər sakini Əbdürəhim Quliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Sumqayıt şəhər sakinləri Nərmin Rəsulovanı və Ayşən Abbasovanı vurmuşdur. Nəticədə N.Rəsulova hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abbasova isə orada ölmüşdür.
Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 8-də saat 15.30 radələrində Kürdəmir rayonu ərazisində, Bakı şəhər sakinləri Rüstəm Hüseynovun idarə etdiyi "VAZ-21154" və Tahir Alıyevin idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Hüseynovun xəsarət almış sərnişini Tahir Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 7-də saat 19.00 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Yusif Quliyev vurulmuşdur. Yüngül xəsarət almış piyada xəstəxanaya müraciət etməmişdir.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 8-də saat 12.40 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakinləri Elyar Hüseynov "Toyota-Prado" markalı avtomaşını idarə edərkən şəhər sakinləri Zülfiyyə Nəsirovanı və Kəmalə Cavadovanı vurmuşdur. Nəticədə Z.Nəsirova hadisə yerində ölmüş, xəsarət almış K.Cavadova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 8-də saat 02.00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla, Abşeron rayon sakini Elçin Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşmuşdur. Nəticədə xəsarət almış E.Muxtarova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2012
Sentyabrın 8-də saat 16.30 radələrində Binəqədi rayonu ərazisində, Bakı Beynalxalq Avtovağzal Kompleksinin qarşısında müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elton Hüseynov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xırdalan şəhər sakini Aysel Yaqubova sirkə turşusundan zəhərlənmişdir
08.09.2012
Sentyabrın 8-də Abşeron rayonunun Xırdalan şəhər sakini Aysel Yaqubova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
09.09.2012 – Bazar günü ərzində 28 cinayət faktı qeydə alınmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.
Bakı şəhər sakini Fazil Axundova bıçaqla xəsarət yetirmiş Zaur İsmayılov tutulmuşdur
09.09.2012
Sentyabrın 9-da Sabunçu rayonu ərazisində, Ağcəbədi rayon sakini, əvvəllər məhkum olunmuş Zaur İsmayılov münaqişə zəminində Bakı şəhər sakini Fazil Axundova bıçaqla xəsarət yetirmişdir. Z.İsmayılov Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakini Azər İbrahimov tutulmuşdur
09.09.2012
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il may ayının 4-də Türkiyə vətəndaşı Oran Korkuta məxsus "Nissan" markalı avtomaşından 1 ədəd noutbuk və 1 ədəd fotoaparat oğurlamış Bakı şəhər sakini Azər İbrahimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari il fevralın 2-də Mobil Şəmmədova məxsus "VAZ-2107" və Məsud Mahmudova məxsus "VAZ-21074" markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilmişdir.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.09.2012
Sentyabrın 9-da saat 16.00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Abşeron rayon sakini Kifayət Bayramovanı vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.09.2012
Sentyabrın 8-də saat 23.50 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Günel Babayevanı vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09.09.2012
Sentyabrın 9-da saat 16.05 radələrində Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Əfqan Əhmədov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Bərdə rayon sakini 5 yaşlı Faiq Abdullayev su kanalına düşərək boğulmuşdur
09.09.2012
Sentyabrın 9-da Bərdə rayonunun Lənbəran kəndi ərazisində, kənd sakini 5 yaşlı Faiq Abdullayev su kanalına düşərək boğulmuşdur.
Göygöl rayonunun Mollahəsənli kənd sakini Canpolad Ələkbərov və Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Zoya Allahverdiyeva dərmandan zəhərlənmişlər
09.09.2012
Sentyabrın 9-da Göygöl rayonunun Mollahəsənli kənd sakini Canpolad Ələkbərov evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sentyabrın 9-da Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Zoya Allahverdiyeva evindən dərmandan zəhərlənmə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Xırdalan şəhər sakini Aynur Həsənova kimyəvi məhluldan zəhərlənmişdir
09.09.2012
Sentyabrın 9-da Abşeron rayonunun Xırdalan şəhər sakini Aynur Həsənova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Oğurluğa cəhd göstərmiş Seymur Ələkbərov tutulmuşdur
09.09.2012
Sentyabrın 9-da "Bank of Baku" MMC-nin Əhmədli filialından, 2-ci mərtəbənin pəncərəsindən girmək yolu ilə oğurluğa cəhd göstərmiş Seymur Ələkbərov tutulmuş, üzərindən 1 ədəd bıçaq, 1 ədəd vintaçan və 1 ədəd kəsici alətl götürülmüşdür. Sonrakı araşdırmalar aparılması üçün Xətai RPİ 34-cü PB-yə təhvil verilmişdir.
Qonşusu İlham İsayevi bıçaqla qətlə yetirmiş Qobustan rayonunun Təklə kənd sakini Hatif Musayev tutulmuşdur
09.09.2012
Sentyabrın 9-da Qobustan rayonunun Təklə kəndi ərazisində, kənd sakini Hatif Musayev qısqanclıq zəminində qonşusu İlham İsayevi bıçaqla qətlə yetirmişdir. N.Musayev Qobustan RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
O.M.