
Azərbaycanın sabiq baş nazirinin oğlu həbs edildi
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun oğlu xırda xuliqanlıq etdiyinə görə 12 sutka azadlıqdan məhrum edildi
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun oğlu Nail Hüseynov sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna və ictimai yerdə başqalarını təhqir etdiyi üçün polis tərəfindən saxlanılıb. Hadisə Gəncə restoranlarının birində baş verib. N. Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi (296-cı) ilə həbs-qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə N. Hüseynov barəsində inzibati qaydada 12 sutka həbs qərarı çıxarılıb.
O.M.
Digər xəbərlər