Azərbaycanda MTN işçisi yol qəzasında dünyasını dəyişdi

Azərbaycanda MTN işçisi yol qəzasında dünyasını dəyişdi

10 Sentyabr 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
MTN-nin binası qarşısında nazirliyin iki əməkdaşını maşın vurub

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 8-də MTN-in binası qarşısında baş verib. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Eldar Hüseynov idarə etdiyi "Toyota" markalı avtomobillə nazirliyin əməkdaşları -1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub. Nəticədə piyadalardan Z. Nəsirova hadisə yerindəcə keçinib. Digər piyada K. Cavadova isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

O.M.