Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb

Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb

10 Sentyabr 2012 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Nizami küçəsində yerləşən "Relax travel" şirkətində Gülqız adlı qadın avqustun 10-da Bakı şəhər sakinləri Kərim Kərimovdan 1100 manat, avqustun 20-də İlham Seyidovdan 1362 manat, avqustun 23-də Sumqayıt şəhər sakini Niyazi Adıgözəlovdan 180 manat və iyul ayında Ağsu rayon sakini Sadiq Qasımlının etibarından sui-istifadə edərək 860 ABŞ dolları alıb qaytarmayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Gülqız Bağırova sentyabrın 9-da saxlanılıb. Eyni zamanda məlumtada bildirilib ki, G. Bağırova avqustun 31-də Bakı şəhər sakini Seymur Mirzəyevin etibarından sui-istifadə edərək ona saxta bilet satıb.

O.M.