
Azərbaycanda 6 Sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.
Yasamal rayonu ərazisində V.Əliyevi bıçaqla hədələyərək pulunu almış V.Məmmədov tutulmuşdur
06.09.2012
Sentyabrın 5-də Yasamal rayonu ərazisində, naməlum şəxs, Salyan rayon sakini Vüqar Əliyevi bıçaqla hədələyərək ondan 72 manat pul almışdır. Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulmuşdur.
"AzSamand" markalı avtomaşının sürücüsü Ə.Qasımovu hədələyərək 47 manat pulunu almış Bakı şəhər sakini A.Qasımov tutulmuşdur
06.09.2012
Sentyabrın 6-da saat 01.00 radələrində, metronun "Koroğlu" stansiyasının yaxınlığında, Bakı şəhər sakini Ədalət Qasımovun idarə etdiyi "AzSamand" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs Pirallahı qəsəbəsinə gedəcəyini bildirmişdir. Pirallahı qəsəbəsi ərazisində, həmin şəxs sürücünü hədələyib 47 manat pulunu aldıqdan sonra getmişdir. Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aqşin Qasımov tutulmuş, ondan 0,217 qram heroin götürülmüşdür.
Goranboy rayonu ərazisindəki "Göl" kafesinin işçisi C.İsmayılov əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır
06.09.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Safıkürd kəndi ərazisindəki "Göl" kafesində, əxlaqsızlıq yuvası təşkil etdiyinə görə oranın işçisi Cümşüd İsmayılov saxlanılmışdır.
Avqustun 12-də iki piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş sürücü H.İmanov tutulmuşdur
06.09.2012
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Samirə Səfərovanın və Bəxtiyar Babayevin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Hyundai" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Hüseyn İmanov tutulmuşdur.
Narkotik vasitə ilə tutulmuş F.Nəzərəliyevin digər şəxslə birgə iki evdən oğurluq etmələri də müəyyən edilmişdir
06.09.2012
Sentyabrın 5-də Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Firuz Nəzərəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Şamaxı rayon sakini Ramil Alıyev ilə birgə cari il may ayının 17-də Rüstəm Cabbarovun və avqustun 5-də Hicran Əsgərovun evlərindən oğurluq etmələri də müəyyən edilmişdir. R.Alıyev tutulmuşdur.
H.Sulxayevə məxsus avtomaşını qaçırmış şəxslər saxlanılmışlar
06.09.2012
Avqustun 5-də Hacıməhəmməd Sulxayevə məxsus qaçırılmış "VAZ-21011" markalı avtomaşın sentyabrın 6-da Bakıxanov qəsəbəsi ərazisində maqnitofonu oğurlanmış vəziyyətdə tapılmışdır. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Qiyaməli Bayramov və Bakı şəhər sakini Pərviz Quluyev saxlanılmışlar.
Sentyabrın 4-də T.Sadıqova məxsus avtomaşından oğurluq etmiş qrupun digər üzvü də tutulmuşdur
06.09.2012
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Tural Sadıqova məxsus "Mercedes" markalı avtomaşından oğurluq etmiş qrupun digər üzvü Bakı şəhər sakini Elvar Abdullazadə tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin yanvar, iyun və avqust ayları ərzində Qaroğlan Məlikova, Leyla Nəzərovaya, Mais Məsiyevə məxsus mağazalardan, İlqar Kərimlinin, Rövşən Abbasova, Elnur Hüseynova, Azər Quliyevə və Mehman Rüstəmova məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.
Narkotik vasitə ilə tutulmuş S.Hətəmovun yaşadığı mənzildən 2 kiloqramdan artıq marixuana götürülmüşdür
06.09.2012
Sentyabrın 5-də Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Səyyad Hətəmovun kirayədə yaşadığı mənzilə baxış zamanı 2 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini A.Bayramova məxsus mobil telefonu oğurlamış N.Verdiyev tutulmuşdur
06.09.2012
Gəncə BŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da şəhər sakini Aqil Bayramova məxsus mobil telefonu oğurlamış Şəmkir rayon sakini Nurlan Verdiyev tutulmuşdur.
Zaqatala rayon sakini V.Barxalova məxsus bağ evindən oğurluq etmiş M.Mamayev saxlanılmışdır
06.09.2012
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Vahid Barxalova məxsus bağ evindən 1 ədəd mühərli mişarı oğurlamış rayon sakini Məhəmməd Mamayev saxlanılmışdır.
Şirvan şəhər sakini X.Cəlalova məxsus avtoyuma sexindən oğurluq etmiş S.Cavadov tutulmuşdur
06.09.2012
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-nə keçən gecə şəhər sakini Xaləddin Cəlalova məxsus avtoyuma sexindən 1 ədəd su mühərriki oğurlanmış həmyerlisi Sübhan Cavadov tutulmuşdur.
Sentyabrın 4-də A.Dönməzin ölümü ilə nəticələnən YNH-ni törətmiş sürücü tutulmuşdur
06.09.2012
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Türkiyə vətəndaşı Alpkaan Dönməzin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Hafiz Vəliyev tutulmuşdur.
Şirvan şəhəri ərazisindən "Mercedes" markalı avtomaşını qaçırmış A.İsmayılov saxlanılmışdır
06.09.2012
Sentyabrın 6-da Şirvan şəhəri ərazisindən, Sabirabad rayon sakini Koroğlu Muradova məxsus "Mercedes" markalı avtomaşın qaçırılmışdır. Avtomaşının Zəngilan rayon sakini Adil İsmayılov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilmişdir. A.İsmayılov Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.
Nərimanov rayonu ərazisində C.Hüseynov avtomaşını idarə edərkən B.Səfərovu vurmuşdur
06.09.2012
Sentyabrın 6-da saat 10.30 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakinləri Cavid Hüseynov "Opel" markalı avtomaşını idarə edərkən Bəxtiyar Səfərovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Şəmkir rayonu ərazisində "Ford Tranzit" markalı avtomaşınla piyada R.Səfərova və onun oğlu vurulmuşlar
06.09.2012
Sentyabrın 6-da saat 21.20 radələrində Şəmkir rayonu ərazisində, Gəncə şəhər sakini İlham Məmmədov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən yolu keçən Tovuz rayon sakinləri Rəhilə Səfərovanı və onun oğlu Raufu vurmuşdur. Nəticədə ana aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış oğlu isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Lənkəran rayonu ərazisində "Mercedes E-220" markalı avtomaşınla piyada vurmuşdur
06.09.2012
Sentyabrın 6-da saat 16.30 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində, rayon sakini Natiq Səmədov "Mercedes E-220" markalı avtomaşını idarə edərkən şəhər sakini Balabəy Həsənovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla C.Mustafayev vurulmuşdur
06.09.2012
Sentyabrın 6-da saat 04.00 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən rayon sakini Cabir Mustafayev vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
O.M.