
Azərbaycanda 5 Sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.
Sabirabad rayon sakini N.Həsənov münaqişə zəminində həmyerlisi Ə.Məmmədova baçaqla xəsarət yetirmişdir
05.09.2012
Sentyabrın 5-də Sabirabad rayonunun Qaragünə kəndi ərazisində, kənd sakini Nuralı Həsənov münaqişə zəminində həmkəndlisi Əliağa Məmmədova baçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədov orada ölmüşdür.
İmişli rayonunun Allahmədətli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.09.2012
Sentyabrın 5-də saat 22.00 radələrində İmişli rayonunun Allahmədətli kəndi ərazisində, rayon sakini Namiq Zeynalov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Ağsu rayon sakinləri Ruslan Məmmədovun idarə etdiyi "KamAZ" markalı, sonradan isə idarəetməni itirdiyindən qarşıda gedən Rəfayel Baxşıyevin idarə etdiyi "TATRA" markalı avtomaşınlara vurmuşdur. Nəticədə N.Zeynalov və sərnişini Mehparə Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölmüşlər.
Abşeron rayonu ərazisində İ.İsmayılov avtomaşını idarə edərkən M.İsmayılzadəni vurmuşdur
05.09.2012
Sentyabrın 5-də saat 22 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsmayılov "KİA" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Murad İsmayılzadəni vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Nəsimi rayonu ərazisində "Daewoo" markalı avtobusla piyada vurulmuşdur
05.09.2012
Sentyabrın 5-də saat 20.00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Sübhan Ələsgərov "Daewoo" markalı avtobusu idarə edərkən yolu keçən Validə Novruzovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla N.Zeynalov vurulmuşdur
05.09.2012
Sentyabrın 4-də saat 23.20 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Nazim Zeynalov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Goranboy rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla piyada M.Hüseynov vurulmuşdur
05.09.2012
Sentyabrın 5-də saat 21.30 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən Qazax rayon sakini Musa Hüseynov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Binəqədi rayon sakini M.Abbasov şantaj etdiyi şəxsdən pul alarkən tutulmuşdur
05.09.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının sentyabrın 4-də həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonunda yaşayan Maarif Abbasov, həmyerlisi Ramil Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 300 manat pul alarkən tutulmuşdur.
T.Sadıqova məxsus avtomaşından oğurluq etmiş şəxs tutulmuşdur
05.09.2012
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Tural Sadıqova məxsus "Mercedes" markalı avtomaşından oğurluq etmiş Hüseyn Sadıqov tutulmuşdur.
Bakı şəhər sakini Ə.Qasımova bıçaqla ölümcül xəsarət yetirmiş İ.Yusifov tutulmuşdur
05.09.2012
Sentyabrın 4-də bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş 35-40 yaşlı kişinin şəxsiyyəti müəyyən edilmişdir. O, Bakı şəhər sakini Əlisöhbət Qasımov olmuşdur. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona xəsarət yetirmiş Bakı şəhər sakini İkram Yusifov tutulmuşdur.
Göyçay şəhəri ərazisindəki bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini R.Tağıyev saxlanılmışdır
05.09.2012
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də Rauf Musayevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamış Gəncə şəhər sakini Rafiq Tağıyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 18-də Göyçay şəhəri ərazisində, şəhər sakinləri Samir Novruzova, İlham Məmmədova məxsus mağazadan 3 ədəd mobil telefon, 250 manat pul və danışıq kartları oğurlaması, Könül Məmmədovaya məxsus mağazadan isə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.
Avqustun 28-də sərnişin avtobusundan yerə yıxılaraq xəsarət almış X.Nabatəliyeva ölmüşdür
05.09.2012
Avqustun 28-də Niyaz Abdiyevin idarə etdiyi "Daewoo" markalı 165 saylı xətt avtobusundan açıq qalmış qapıdan yerə yıxılaraq xəsarət almış Xanımzər Nabatəliyeva sentyabrın 5-də ölmüşdür.
Sabunçu rayonu ərazisində "Lexus" markalı avtomaşınla piyada vurulmuşdur
05.09.2012
Sentyabrın 5-də saat 17.30 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Elnur Kərimov "Lexus" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Elvina Ovçinikovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Xətai rayonu ərazisində M.Əliyev avtomaşını idarə edərkən onu yolun kənarındakı beton dirəyə vurmuşdur
05.09.2012
Sentyabrın 3-də saat 01.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Məhərrəm Əliyev "Hyundai" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton dirəyə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü sentyabrın 5-də orada ölmüşdür.
Abşeron rayon sakini A.Aslanova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
05.09.2012
Sentyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbə sakini Asiya Aslanova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Cəlilabad rayon sakini M.Cəfərova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
05.09.2012
Cəlilabad rayonunun Moranlı kənd sakini Məleykə Cəfərova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
O.M.