Kürdəmirdə ər arvadını bıçaqlayıb

Kürdəmirdə ər arvadını bıçaqlayıb

3 Sentyabr 2012 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə Kürdəmir şəhərinin Koroğlu küçəsindəki 8 saylı mənzildə qeydə alınıb. 1975-ci il təvəllüdlü Əsgərov Nizami Gülhüseyn oğlu həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Gülşən İsmət qızını şəxsi münasibətlər zəminində aralarında baş verən ailə münaqişəsi zamanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Gülşən Məmmədovanın vəziyyəti ağır olaraq qalır. Tutularaq istintaqa təhvil verilən Nizami Əsgərov həyat yoldaşını öldürmək məqsədilə ona 8 bıçaq xəsarəti yetirdiyini bildirib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.