Şamaxıda qonşular arasında baş verən insident bıçaqlanma ilə nəticələnib

Şamaxıda qonşular arasında baş verən insident bıçaqlanma ilə nəticələnib

3 Sentyabr 2012 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Apa-ya verilən məlumata görə hadisə Şamaxı şəhərindəki yeməkxanalardan birində baş verib. Şəhər sakini, 1988-ci il təvəllüdlü Qəribov Elçin Heybət oğlu qonşusu 1960-cı il təvəllüdlü Babayev İlham İkram oğlu ilə birgə kafedə yeyib-içdikdən sonra aralarında şəxsi münasibətlər zəminində baş verən insident zamanı onu bıçaqlayıb. İlham Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.