Şabranda 120 kq narkotik maddə məhv edilib

Şabranda 120 kq narkotik maddə məhv edilib

3 Sentyabr 2012 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonunun Söhbətli kəndi ərazisində 4980 ədəd yabanı halda bitən çətənə kolu aşkarlanıb. Regional TV-nin məlumatına görə, Şabran Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları Şabran rayonunun Söhbətli kəndi ərazisində 4980 ədəd yabanı halda bitən çətənə kolu aşkarlayıb. Şabran Rayon Meşə Mühafizəsi və Bərpası Müəsissəsinin Ağalıq meşə massivində aşkarlanan çətənə kollarının ümumi çəkisi 120 kq-dır. 10 nəfərdən ibarət əməliyyat qrupu ərazidəki bitkiləri zərərsizləşdirib.

Əməliyyata hüquq mühafizə orqanları əməkdaşları ilə yanaşı Şabran MMBM-nin meşəbəyisi, Ağalıq kənd bələdiyyəsi və Bitki karantin idarəsinin nümayəndələri də qatılıb. Yabanı halda bitən çətənə kolları toplanaraq yandırılıb.

O.M.