
Gəncədə bıçaqlanma hadisəsi baş verib
Gəncə şəhərində qətl hadisəsi baş verib. Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Əhmədov Elmin Əlixan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. Araşdırma nəticəsində E. Əhmədovun 1993-cü il təvəllüdlü Əbülfəz Cəfərov tərəfindən bıçaqlandığı məlum olub. Ə. Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər