
Azərbaycanda 29 Avqustun kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.
Şərur rayon sakini Z.Novruzova bıçaqla xəsarət yetirmiş həmyerlisi İ.Hüseynov tutulmuşdur
29.08.2012
Avqustun 29-da Sumqayıt şəhəri ərazisindən, Şərur rayon sakini Zaur Novruzov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi İlkin Hüseynov tutulmuşdur.
Yevlax rayon sakini İ.Qafarov münaqişə zəminində bıçaqla arvadına və sonra özünə xəsarət yetirmişdir
29.08.2012
Avqustun 29-da Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş İlham Qafarov münaqişə zəminində bıçaqla arvadı Nüşabəyə, sonra isə özünə xəsarət yetirmişdir. İ.Qafarov aldığı xəsarətdən xəstəxanada ölmüşdür.
Axtarışda olan Faiq Rüstəmov tutulmuşdur
29.08.2012
Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 164-cü maddəsi (quldurluq) ilə axtarışda olan Faiq Rüstəmov tutulmuşdur.
Axtarışda olan Ruslan Quliyev tutulmuşdur
29.08.2012
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Ruslan Quliyev tutulmuşdur.
Bakı şəhər sakini B.Ocaqverdiyevin evinin damından marixuana götürülmüşdür
29.08.2012
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Baxşeyiş Ocaqverdiyevin evinin damına baxış zamanı 640 qram marixuana aşkar edilərək götürülmüşdür.
Binəqədi qəsəbə sakini E.Salmanov həyətində tapdığı odlu silahı polisə təhvil vermişdir
29.08.2012
Binəqədi qəsəbəsində yaşayan Elman Salmanov həyətində tapdığı 1 ədəd "Naqan" tipli tapançanı və 5 ədəd patronu könüllü olaraq Binəqədi RPİ-yə təhvil vermişdir.
Binə qəsəbə sakini K.Bayramova evindən pul oğurlayarkən tutduğu şəxsi polisə təhvil verilmişdir
29.08.2012
Avqustun 29-da Xəzər rayonunun Binə qəsəbə sakini Kamilə Bayramovanın evindən 152 manat pul oğurlayarkən Balakən rayon sakini Ziba Əzimova ev sahibəsi tərəfindən tutularaq polisə təhvil verilmişdir.
Nərimanov rayonu ərazisindəki parkda G.Ağayevaya qarşı zor tətbiq edərək mobil telefonunu almış E.Əliyev tutulmuşdur
29.08.2012
Avqustun 28-də Nərimanov rayonu ərazisindəki parkda, şəhər sakini Gülnar Ağayevaya qarşı zor tətbiq edərək, mobil telefonunu ondan almış Ağsu rayon sakini Elvin Əliyev Nərimanov RPİ əməkdaşları tərəfindən tutulmuşdur.
Mayın 13-də M.Musayevə məxsus avtomaşından oğurluq etmiş V.Eynullayev tutulmuşdur
29.08.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 13-də Məmməd Musayevə məxsus "Mercedes" markalı avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Vüsal Eynullayev tutulmuşdur.
Avqustun 14-də R.İbadova məxsus avtomaşından hissələrini sökərək oğurlamış E.Ağabəyov tutulmuşdur
29.08.2012
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Ramal İbadova məxsus "VAZ-21014" markalı avtomaşından hissələrini sökərək oğurlamış Bakı şəhər sakini Elçin Ağabəyov tutulmuşdur.
Bakı şəhər sakini N.Piriyevə məxsus avtomaşını qaçırmış R.Əfəndiyev saxlanılmışdır
29.08.2012
Avqustun 29-na keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsindən, Bakı şəhər sakini Nizami Piriyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Avtomaşını qaçırmış qəsəbə sakini Rafiq Əfəndiyev Binəqədi DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.
Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun digər cinayət hadisəsini də törətməsi müəyyən edilmişdir
29.08.2012
Avqustun 25-də soyğunçuluq etdiyinə görə Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuş Ehtiram Həşimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 23-də Mehbarə Babayevaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını alması Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir.
Hacıqabul rayonunda məktəbin anbarından oğurluq etmiş şəxslər tutulmuşlar
29.08.2012
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Ələtli kəndindəki orta məktəbin anbarından 910 metr uzunluğunda elektrik naqili və inşaat materialları oğurlamış rayon sakinləri Rəşid Sevdiyev, Rəhman Babayev və Ərzuman Mahmudov tutulmuşlar.
Avqustun 22-də Z.Demirelə məxsus avtomaşının nömrə nişanlarını oğurlamış R.Bağırov tutulmuşdur
29.08.2012
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Türkiyə vətəndaşı Zefer Demirelə məxsus "Volkswagen-Jetta" markalı avtomaşının dövlət qeydiyyat nömrə nişanlarını oğurlamış Bakı şəhər sakini Ramin Bağırov tutulmuşdur.
Ağcabədi rayonu ərazisində "KamAZ" və "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur
29.08.2012
Avqustun 29-da saat 12.00 radələrində Ağcabədi rayonunun Milstroy kəndi ərazisində, Goranboy rayon sakini Alim Həsənovun idarə etdiyi "KamAZ" və rayon sakini Pəsi Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə P.Qasımov hadisə yerində ölmüşdür.
Ağcabədi şəhəri ərazisində D.Səfərov motosikleti idarə edərkən onu aşırmışdır
29.08.2012
Avqustun 29-da saat 12.00 radələrində Ağcabədi şəhəri ərazisində, şəhər sakini Dəyanət Səfərov "Motoroler" markalı motosikleti idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Biləsuvar rayonu ərazisində N.Əliyev avtomaşını idarə edərkən B.Heydərovu vurmuşdur
29.08.2012
Avqustun 29-da saat 10.50 radələrində Biləsuvar rayonu ərazisində, Cəlilabad şəhər sakini Nicat Əliyev "VAZ-21154" markalı avtomaşını idarə edərkən Lənkəran rayon sakini Bəhlul Heydərovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.08.2012
Avqustun 29-da saat 22.20 radələrində Zaqatala rayonu ərazisində, rayon sakinləri Azad Kenqulov "VAZ-2109" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Qalib Rəhimovun idarə etdiyi "MAN" markalı avtomaşına vurmuşdur. Nəticədə A.Kenqulov hadisə yerində ölmüşdür.
Xızı rayonu ərazisində S.Hacıyev avtomaşını idarə edərkən onu aşırmışdır
29.08.2012
Avqustun 29-da saat 15.40 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində, Gürcüstan vətəndaşı Süleyman Hacıyev "Opel" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən biri orada ölmüş, digərlərinin vəziyyəti isə orta-ağırdır.
Sumqayıt şəhər sakini Ə.Əlişov dənizdə boğulmuşdur
29.08.2012
Avqustun 29-da Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində, şəhər sakini Əliş Əlişov çimərkən suda boğulmuşdur.
O.M.