Azərbaycanda 28 Avqustun kriminal xronikası

Azərbaycanda 28 Avqustun kriminal xronikası

29 Avqust 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 52 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Gəncə şəhər sakini S.Abdullayevdən 5 kiloqramdan artıq marixuana götürülmüşdür

28.08.2012

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kəndi ərazisindəki "Göyçə" yeməkxanasında, Gəncə şəhər sakini Səyavuş Abdullayevdən 5 kiloqram 515 qram marixuana götürülmüşdür.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun Bakı sakini İ.Pavlovanın zorla qızıl boyunbağısını alması da müəyyən edilmişdir

28.08.2012

Avqustun 25-də soyğunçuluq etdiyinə görə Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuş Ehtiram Həşimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun ayının 28-də Bakı şəhər sakini İnna Pavlovaya zor tətbiq edərək qızıl boyunbağısını alması da müəyyən edilmişdir.

Avqustun 26-da N.Nəhmətova məxsus pulu oğurlamış E.Əhədov tutulmuşdur

28.08.2012

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Nadir Nəhmətova məxsus 120 manat pulu oğurlamış Masallı rayon sakini Elnur Əhədov tutulmuşdur.

Tərtər rayon sakini N.Aslanova məxsus qoyunları oğurlanmış R.İsmayılov tutulmuşdur

28.08.2012

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-nə keçən gecə Buruc kənd sakini Niyaməddin Aslanova məxsus 17 baş qoyunu oğurlanmış həmkəndlisi Ramiz İsmayılov tutulmuşdur.

Bakının Nizami rayonu ərazisində "Mercedes" markalı avtomaşınla 10 yaşlı M.Məmmədov vurulmuşdur

28.08.2012

Avqustun 28-də saat 18.20 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Novruz Abdullayev "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi 10 yaşlı Məhiş Məmmədovu vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüşdür.

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomaşınla qəsəbə sakini R.Minaxanov vurulmuşdur

28.08.2012

Avqustun 28-də saat 21.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, Samux rayon sakini Həsən İsmayılov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakini Rüstəm Minaxanovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Goranboy rayonunun Borsunlu kəndi ərazisində "KamAZ" və "DAF" markalı avtomaşınlar toqquşmuşdur

28.08.2012

Avqustun 28-də saat 04.50 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində, Gəncə şəhər sakini Cavanşir İmanovun idarə etdiyi "KamAZ" və Bakı şəhər sakini Nəsir Qafarovun idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Qafarov və sərnişinlərindən Zahid Novruzəliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

28.08.2012

Avqustun 29-da saat 05.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, İran vətəndaşı Behbud Canbinsanın idarə etdiyi "Donq-Renq" markalı avtomaşının yük hissəsi elektrik naqilinə dəydiyindən avtomaşında yanğın baş vermiş və avtomaşından düşən sürücünü elektrik cərəyanı vurmuşdur. Behbud Canbinsan xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Xaçmaz rayon sakini S.İbrahimov alkoqoldan zəhərlənməsi nəticəsində ölmüşdür

28.08.2012

Avqustun 27-də Xaçmaz rayon sakini Süleyman İbrahimov alkoqoldan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

O.M.