Azərbaycanda 27 Avqustun kriminal xronikası

Azərbaycanda 27 Avqustun kriminal xronikası

28 Avqust 2012 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmış, onların da 19-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Münaqişə zəminində atasını bıçaqla qətlə yetirmiş Quba rayon sakini N.Məmmədzadə tutulmuşdur

27.08.2012

Avqustun 28-də Quba rayonunun 1-ci Nügədi kəndində, kənd sakini Novruz Məmmədzadə münaqişə zəminində atası Ehtiramı bıçaqla qətlə yetirmişdir. N.Məmmədzadə Quba RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Y.Atayevi vurulmuşdur

27.08.2012

Avqustun 27-də saat 19.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Yalçın Atayevi vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Lənkəran rayonu ərazisində "VAZ-2107" markalı avtomaşınla yolun hərəkət hissəsində velosiped sürən E.Məmmədov vurulmuşdur

27.08.2012

Avqustun 28-də saat 00.30 radələrində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində, kənd sakini Elvin Quliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolun hərəkət hissəsində velosiped sürən həmkəndlisi Elcan Məmmədovu vurmuşdur. Nəticədə xəsarət almış E.Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Avqustun 26-da itkin düşmüş Novruz adlı şəxsin meyiti Samur-Abşeron su kanalında tapılmışdır

27.08.2012

Avqustun 26-da H.Z.Tağıyev qəsəbəsi ərazisində olan Kəlbəcər rayon sakini Mehriban Nuriyevaya məxsus "Kəndli Fermer" təsərrüfatının ərazisindən itkin düşmüş orada çoban işləyən Novruz adlı şəxsin suda boğulmuş meyiti avqustun 27-də Samur-Abşeron su kanalının Abşeron rayonunun ərazisindən keçən hissəsində tapılmışdır. Sumqayıt şəhəri 2-ci PB əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində onun Şəki rayon sakini Novruz Yunisov olması müəyyən edilmişdir. Araşdırmalar aparılır.

Paytaxtın Atatürk prospektindəki parkın ərazisindən oğurluq etmiş K.Əhmədov tutulmuşdur

27.08.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-na keçən gecə Atatürk prospektindəki parkın ərazisindən, Bakı şəhər sakinləri Nurlan Qasımovaya məxsus 2 ədəd samovarı və Saleh Əhmədovaya məxsus 2 ədəd akkumlyatoru oğurlamış şəhər sakini Kənan Əhmədov tutulmuşdur.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun iyul ayında N.Əliyevaya və M.Niftəliyevaya qarşı zor tətbiq edərək qızıl boyunbağılarını onlardan alması da müəyyən edilmişdir

27.08.2012

Soyğunçuluq etdiyinə görə avqustun 25-də Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən tutulmuş Ehtiram Həşimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyul ayında Nurlanə Əliyevaya və Mehparə Niftəliyevaya qarşı zor tətbiq edərək qızıl boyunbağılarını onlardan alması da müəyyən edilmişdir.

Nardaran qəsəbəsində yaşayan N.Qurbanovun həyətindən çətənə kolları aşkar edilərək götürülmüşdür

27.08.2012

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Nadir Qurbanovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 15 kiloqram olan 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Avqustun 25-də S.Əliyevaya məxsus mobil telefonu oğurlamış N.Vəliyeva saxlanılmışdır

27.08.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Sevinc Əliyevaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Nərmin Vəliyeva saxlanılmışdır.

Avqustun 22-də S.Hüseynovanın evindən oğurluq etmiş Ə.Kərimov tutulmuşdur

27.08.2012

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Səkinə Hüseynovanın evindən oğurluq etmiş, Rusiya Federasiyası CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Lənkəran rayon sakini Əli Kərimov tutulmuşdur.

Qusar rayon sakini S.Şahbazova məxsus avtomaşını qaçırmış E.Şıxkərəmov tutulmuşdur

27.08.2012

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Səfər Şahbazova məxsus "Mercedes-190" markalı avtomaşını qaçırmış Avaran kənd sakini Emin Şıxkərəmov tutulmuşdur.

Saatlı rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

27.08.2012

Saatlı RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 928 kiloqram olan 488 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.08.2012

Avqustun 27-də saat 21.00 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində, rayon sakini Səccat Hüseynovun idarə etdiyi "VAZ-2107" və Mərdan Gözəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Gözəlov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Tural Həsənov və Xəyal Məmmədov, habelə S.Hüseynov xəstəxanaya yerləşdirilmişlər. T.Həsənov orada ölmüş, X.Məmmədovun və S.Hüseynovun vəziyyətləri isə orta-ağırdır.

Ucar rayonunun Ramal kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.08.2012

Avqustun 27-də saat 22.00 radələrində Ucar rayonunun Ramal kəndi ərazisində, rayon sakini Zamiq Vəliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Akif Musayevin idarə etdiyi "VAZ-2121" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Vəliyevin sərnişinləri - oğlu Nuran və Anar Qəhrəmanov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Şamaxı rayonunun Dədəgünəş kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.08.2012

Avqustun 27-də saat 20.00 radələrində Şamaxı rayonunun Dədəgünəş kəndi ərazisində, şəhər sakini Əlikram Əsədov "VAZ-2107" markalı avtomışını idarə edərkən onu aşırmışdır. Nəticədə Ə.Əsədovun sərnişinlərindən Sürəyya İmanova hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.08.2012

Avqustun 27-də saat 20.30 radələrində Hacıqabul rayonu ərazisində, Şirvan şəhər sakinləri Elmar Babayev "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yol ayrıcındakı dəmir səddə, sonradan isə eyni istiqamətdə hərəkətdə olan Şirvan şəhər sakini Rəşad Cəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına vurmuşdur. Nəticədə E.Babayevin avtomaşını aşmış və sərnişini körpə Həvva Mustafazadə aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Xəzər rayon sakini R.Tağıyev spirtli içkidən zəhərlənməsi nəticəsində ölmüşdür

27.08.2012

Avqustun 26-da Xəzər rayonunun Qala qəsəbəsində yaşayan Rasim Tağıyev mənzilindən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ü.Dadaşov və onun oğlu qaynaq işləri apararkən elektrik cərəyını vurması nəticəsində ölmüşlər

27.08.2012

Avqustun 27-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki elektrik yarımstansiyasında, Bakı şəhər sakinləri Ülfət Dadaşov və onun oğlu Nurlan qaynaq işləri apararkən elektrik cərəyını vurması nəticəsində ölmüşlər.

Abşeron rayonu ərazisində "Boru Profil" şirkətinin işçisi V.Musayev damdan yıxılaraq ölmüşdür

27.08.2012

Avqustun 27-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində "Boru Profil" şirkətinin damından, orada işləyən Vahab Musayev yıxılaraq ölmüşdür.

Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

27.08.2012

Avqustun 25-də saat 07.30 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində, qəsəbə sakini Rövşən Həsənovun idarə etdiyi "VAZ-2103" və rayon sakini Anar Tağıyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Həsənov və A.Tağıyev xəstəxanaya yerləşdirilmişlər. R.Həsənova tibbi yardım göstərildikdən sonra buraxılmış, A.Tağıyev isə avqustun 27-də orada ölmüşdür.

O.M.