Bakıda ata və oğul cərəyan vurmasından ölüb

Bakıda ata və oğul cərəyan vurmasından ölüb

28 Avqust 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonunda ata və oğul bədbəxt hadisə nəticəsində ölüb. Qaradağ rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, rayon ərazisində yarımstansiyada təmir işləri aparan Ülfət Dadaşov və oğlu Nurlan Dadaşov elektrik cərəyanın vurması nəticəsində ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.