Qaxda 61 yaşlı kişi intihar edib
Azərbaycanın Qax rayonunda intihar hadisəsi baş verib. Bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Güllük kəndində qeydə alınıb. Güllük kənd sakini, 1951-ci il təvəllüdlü Əliyev Fazil Məmmədəli oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asıb. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, intiharın səbəbi araşdırılır.
O.M.
Digər xəbərlər

















































































.jpg)
.jpg)
.jpg)











