Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş 332 çətənə kolu aşkar edilərək məhv edildi

Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş 332 çətənə kolu aşkar edilərək məhv edildi

23 Avqust 2012 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayon Polis İdarəsindən verilən məlumata görə, Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla narkotik tərkibli bitkilərin əkildiyi haqda İdarəyə məlumat daxil olub. İdarənin və Zaqatala Dövlət təbiət qoruğunun əməkdaşları qoruqda özbaşına bitmiş və xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər olan ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində birgə əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində qoruğun Balakən rayonunun Gərəkili kəndindən keçən hissəsində, dağlıq ərazidə, 05 saylı meşə dolayında hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, ümumi çəkisi 80 kq olan, 332 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

O.M.