Bakıda 20 yaşlı Ağdaş sakininin meyiti tapıldı

Bakıda 20 yaşlı Ağdaş sakininin meyiti tapıldı

23 Avqust 2012 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda meyit tapılıb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, ötən gecə paytaxtın Babək prospekti 33A ünvanında gənc oğlanın meyitinin tapılması barədə Prokurorluğa məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ağdaş sakini, 1992-ci il təvəllüdlü Nicat Yaşar oğlu İsmayılov olması müəyyənləşib. Onun ölümünün səbəbləri hələlik məlum deyil. Meyit ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

O.M.