
Xaçmazda işləyən Quba sakini ehtiyatsızlıqdan damdan yıxılaraq vəfat etdi
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, ötən gün Quba rayonunun Aşağı Xuc kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev İntiqam Fətulla oğlu Xaçmaz rayonunda inşaat işləri zamanı damdan yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
O.M.
Digər xəbərlər