Liverpul yaxınlığında atışma baş verib: Ölən və xəsarət alanlar var
Liverpul yaxınlığındakı meyxanaya hücum zamanı gənc qadın öldürülüb.
Oxuməni.az xəbər verir ki, bazar ertəsi polis mərhumun adını açıqlayıb. Bu, 26 yaşlı Elli Edvardsdır. O, bayramı bacısı və dostları ilə qeyd edib. Başından güllə yarası alan Edvards xəstəxanaya çatdırılıb, lakin həkimlər ona kömək edə bilməyiblər.
Atışma zamanı daha 4 nəfər yaralanıb. Bunlar 22, 24 və 33 yaşlı kişilərdir. Onların aldıqları xəsarətlərdən həyatları üçün təhlükə yoxdur. 28 yaşlı dördüncü yarall gəncin vəziyyəti isə ağırdır.
Polisin bildirdiyinə görə, atəş açan şəxsin hədəfi çox güman ki, Elli Edvards olmayıb.
Atışmadan bir neçə dəqiqə sonra hadisə yerindəki dayanacaqdan tünd rəngli "Mercedes" markalı S-klass avtomobili çıxıb. Polis atəş açanın bu maşında qaçdığını güman edir. Şübhəlinin axtarışı davam edir.
Oktay, Oxuməni.az




















































.jpg)










































