
4 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alındı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1965-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Quliyeva Nübar Adil qızının yanına qısamüddətli görüşə gəlmiş bacısı Fətəliyeva Fizzə Adil qızının gətirdiyi sovqata baxış keçirilib. Bu zaman toyuğun içərisində yerləşdirilmiş ağ sellofana bükülü qırmızı rəngdə 100 ədəd həb və özünə məxsus qara rəngli çantasının içərisində qara rəngli sellofan kəsiyinə bükülmüş, xalis çəkisi 3,237 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
O.M.