Rusiyalı Ermənistanda soydaşını öldürdü
Gümrüdə qadının qətlində şübhəli bilinən Rusiya Federasiyasının 20 yaşlı vətəndaşı saxlanılıb.
Oxuməni.az xəbər verir ki, dekabrın 24-də yerli vaxtla saat 08:00-da Gümrüdəki Manuşyan küçəsindəki evlərdən birində polisə qətl barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları mənzildə 37 yaşlı qadının cəsədini aşkar ediblər.
İstintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən şəxsin şəxsiyyəti müəyyənləşdirilib, məlumata görə, o, 20 yaşlı Rusiya vətəndaşıdır. İstintaqın məlumatına görə, mübahisə zamanı kişi kirayə mənzildə yaşadığı dostu, Rusiya vətəndaşı E. B. (1985-ci il təvəllüdlü) öldürdü.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər




















































.jpg)










































