Almaniyada qatarda bıçaqla sərnişinlərə hüçum edən 14 il həbs cəzası alıb

Almaniyada qatarda bıçaqla sərnişinlərə hüçum edən 14 il həbs cəzası alıb

24 Dekabr 2022 20:52
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada qatarda bıçaqla sərnişinlərə hüçum edən 14 il həbs cəzası alıb

Oxuməni.az xəbər verır ki, təqsirləndirilən şəxs Abdalrahman A. qəsdən adam öldürməyə cəhddə və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.

Bir il əvvəl Bavariyada sürətli qatarın sərnişinlərinə bıçaqla hücum edən Suriya əsilli Abdalrahman A. 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərarı cümə günü, dekabrın 23-də Münhen Ali Regional Məhkəməsi elan edib. Təqsirləndirilən şəxs adam öldürməyə cəhddə və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.

Cinayət 2021-ci il noyabrın 6-da törədilib. Regensburqdan Nürnberqə gedən qatarda Fələstin əsilli 27 yaşlı suriyalı Abdalrahman A. bıçaqla 4 nəfərə hücum edib, onlardan üçünü ağır yaralayıb.

Təqsirləndirilən şəxsin müdafiə tərəfi onun "paranoyik şizofreniya" xəstəsi olduğunu əsas gətirərək, onun bəraət qazanmasını və psixiatriya müəssisəsinə yerləşdirilməsini istəyib. Prokurorluq israr edib ki, həmin şəxs özünü xəstə kimi qələmə verir və cinayəti radikal islamçı motivlərlə törədib. O, Abdalrahman A.-nın ömürlük həbs cəzasına məhkum edilməsini istəyib. Zərərçəkmişlərin vəkilləri ittihamları dəstəkləyib.

Proses zamanı məhkəmə, məhkəmə-psixiatriya sahəsi üzrə 7 ekspertin rəyini dinləyib, onlardan üçü müttəhimin psixi cəhətdən sağlam olduğunu, ona görə də hüquqi məsuliyyətə cəlb oluna biləcəyini bildirib. Hakimlər onların nəticələri ilə razılaşıblar.

Emin Axund, Oxuməni.az