
Azərbaycanda 21 Avqustun kriminal xronikasl
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Münaqişə zəminində qonşusu E.İbadova bıçaqla ölümcül xəsarət yetirmiş Binəqədi rayon sakini M.Mirzəyev tutulmuşdur
21.08.2012
Avqustun 21-də saat 22.30 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elxan İbadov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Araşdırmalar zamanı hadisənin münaqişə zəminində E.İbadovun qonşusu Mehman Mirzəyev tərəfindən törədilməsi müəyyən edilmişdir. M.Mirzəyev tutulmuş, üzərinə baxış zamanı 1 ədəd qaz tapançası aşkar edilərək götürülmüşdür.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2012
Avqustun 21-də saat 19.00 radələrində Gəncə şəhərində, şəhər sakini Ozal Namazov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən biri orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2012
Avqustun 21-də saat 17.40 radələrində Binəqədi rayonu ərazisində, Ağdam rayon sakini Nemət Nəsirov "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sərnişin hadisə yerində ölmüşdür.
Göyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2012
Avqustun 21-də saat 19.00 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində, rayon sakini Əmirxan İslamov "VAZ-21124" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca, sonradan isə qarşıda dayanmış həmyerlisi Rahim Rəhimova məxsus "VAZ-21011" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.İslamov orada ölmüşdür.
Qobustan rayonu ərazisində sürücü Ş.Məmmədovun idarə etdiyi avtomaşın aşmışdır
21.08.2012
Avqustun 21-də saat 16.00 radələrində Qobustan rayonunun Ərəbqədim kəndin ərazisində, kənd sakini Şirin Məmmədov "QAZ-53" markalı avtomaşını idarə edərəkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Yasamal rayon sakini R.Rəhimov "Makarov" tipli tapançanı satarkən tutulmuşdur
21.08.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Rəhimov 1 ədəd "Makarov" tipli tapançanı 1500 manata satarkən tutulmuşdur.
"Bizim market"-ə basqın edən şəxs yaxalanmışdır
21.08.2012
Bakının Badamdar qəsəbəsində yerləşən, Pərvin Əfəndiyevaya məxsus "Bizim market"ə müdaxilə olunması barədə Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə Bölməsinin növbətçi hissəsinə həyəcan siqnalı daxil olmuşdur. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə əməliyyat qrupu cəlb olunmuşdur. Mağazaya baxış keçirilərək şüşələrin sındırıldığı və obyektdə bir nəfər şəxsin olduğu müəyyənləşmişdir. Həyata keçirilən tədbirlər nəticəsində mağazaya soxulan Taleh Aşurov saxlanılmışdır. Onun üzərindən 274 manat dəyərində siqaret və içki məhsulları götürülmüşdür.
Vətəndaş P.Səlimovanın pulunu oğurlamış Naxçıvan şəhər sakini S.Əliyev tutulmuşdur
21.08.2012
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Pərvanə Səlimovanın 340 manat pulunu oğurlamış, Naxçıvan şəhər sakini Saleh Əliyev tutulmuşdur.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.
Avqustun 20-də S.Miryaqubovaya qarşı soyğunçuluq etmiş Bakı şəhər sakinləri E.Hacıyev və T.Səfərzadə tutulmuşlar
21.08.2012
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də Səbinə Miryaqubovaya qarşı soyğunçuluq etmiş Bakı şəhər sakinləri Emil Hacıyev və Tural Səfərzadə tutulmuşlar.
Gəncə şəhərində mağazadan oğurluq etmiş Ə.Hümbətov tutulmuşdur
21.08.2012
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Gəncə şəhərində, şəhər sakini Zirəddin Həsənova məxsus mağazadan pəncərədən girmək yolu ilə 120 manat pul və danışıq kartları oğurlamış həmyerlisi Əli Hümbətov tutulmuşdur.
İyulun 31-də T.Ələkbərovun pulunu oğurlamış Ağdaş rayon sakini A.Həşimov tutulmuşdur
21.08.2012
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Təbriz Ələkbərovun 1300 manat pulunu oğurlamış Ağdaş rayon sakini Asim Həşimov tutulmuşdur.
Sabirabad rayonunun "Qarasu" otlaq sahəsindəki fermanın çobanı S.Rəhimov aldığı güllə yarasından ölmüşdür
21.08.2012
Avqustun 22-də Sabirabad rayonunun "Qarasu" adlandırılan otlaq sahəsindəki fermadan, orada çoban işləyən Səyyad Rəhimov güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür. İlkin məlumatlara əsasən S.Rəhimov sərxoş halda tüfəngdən atəş açaraq özünü öldürmüşdür.
O.M.