Dünən axşam saatlarında Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verdi

Dünən axşam saatlarında Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verdi

22 Avqust 2012 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Sumqayıt yolunda "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolayrıcındakı dəmirə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:40-da başa çatmışdır.

O.M.