Gəncədə şəxsi mənzilində köməksiz vəziyyətdə qalmış 77 yaşlı xəstə qadın xilas edildi

Gəncədə şəxsi mənzilində köməksiz vəziyyətdə qalmış 77 yaşlı xəstə qadın xilas edildi

22 Avqust 2012 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1935-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən qalxaraq daxil olmuşlar. Divanda hərəkətsiz vəziyyətdə aşkarlanmış qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 15:05-də başa çatmışdır.

O.M.