Sumqayıt sakini qısqanclıq zəminində bacısını bıçaqladı

Sumqayıt sakini qısqanclıq zəminində bacısını bıçaqladı

22 Avqust 2012 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, 27 yaşlı Elmir Gülü oğlu Xıdırov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Pərvanə Xıdırovanı bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E.Xıdırov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.