“Tərtər işi” üzrə təqsirləndirilənlərdən 19-u azadlığa buraxılıb

“Tərtər işi” üzrə təqsirləndirilənlərdən 19-u azadlığa buraxılıb

7 Dekabr 2022 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

“Tərtər işi” üzrə təqsirləndirilənlərdən 19-u azadlığa buraxılıb.

Oxuməni.az xəbər verir ki, təqsirləndirilən şəxslərə kütləvi şəkildə işgəncə verilib

Beş ildən artıqdır ki, onlarla Azərbaycan əsgəri həbsdə olub, vətənə xəyanətdə ittiham olunaraq uzun müddətə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri uzun müddətdir ki, hərbçilərin işgəncə altında öz əleyhinə ifadə verdiyini, yüzlərlə əsgərin işgəncə “konveyer lentindən” keçdiyini, onlardan 11-nin dünyasını dəyişdiyini bildirib. İndi onlardan 19-u azadlığa çıxıb və onlar təzminat üçün müraciət edə bilərlər. Amma “Tərtər işi” bitməyib.
Azərbaycan Baş Prokurorluğu “Tərtər işi” üzrə zərərçəkmiş 19 nəfərin azadlığa buraxıldığını və onlardan 10-na bəraət verildiyini, qalan işlərə isə bəraət hökmü çıxarılmadan xitam verildiyini bildirib. Prokurorluq öz bəyanatında bildirir ki, 2017-ci ilin may-iyun aylarında hərbçilər digər hərbi qulluqçular tərəfindən “ölüm və digər ağır nəticələrə səbəb olan işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar”. Hər şey Tərtər rayonunda baş verib (işin adı da buna görədir).
Prokurorluq birbaşa yazmır ki, məhz bu əsgərlər işgəncə qurbanı olublar və işgəncə altında casusluqda günahlarını etiraf ediblər. Amma hüquq müdafiəçiləri bu haqda çoxdan danışırlar. Həbsxanalarda daha 12 hərbçi var ki, onlar hüquq müdafiəçilərinə görə ağır işgəncələr altında özlərinə böhtan atıblar və ümumilikdə bir neçə yüz əsgər işgəncə qurbanı olub.
Qurbanlar və onların qohumları BBC-yə insanların necə soyundurduqlarını, pəncərələrdən atdıqlarını, çubuqlarla döydüklərini, dırnaqlarının çıxardıqlarını, yaralara elektrik cərəyanını necə daxil edildiyini danışıblar.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, işgəncələr nəticəsində azı 31 nəfər casusluqda təqsirli bilinib və 12 ildən ömürlük həbsə qədər məhkum ediliblər. Hüquq müdafiəçilərinin məlumatına görə, ən azı 11 nəfər işgəncə altında ölüb. Ümumilikdə, bu işdə Azərbaycan məhkəmələri tərəfindən belə tanınan 100-dən çox zərərçəkmiş var, prokurorluq isə onların sayının 4 dəfə çox olduğunu söyləyib .
İşgəncə verənlərin bəziləri artıq müxtəlif həbs cəzaları alsalar da, məhkəmələrin qərarları nə zərərçəkmişləri, nə onların yaxınlarını, nə də hüquq müdafiəçilərini qane etməyib.
Onlar insanlara kütləvi şəkildə işgəncə vermək əmrini verənlərin müəyyən edilməsi üçün yeni araşdırma aparılmasını tələb edirlər. Onlar həmçinin işgəncələr altında casus olduqlarını etiraf edənlərin hamısının azadlığa buraxılmasını tələb edirlər.

“Gözləntilərimiz ondan ibarətdir ki, dövlətdə, vəzifədə və kimliyindən asılı olmayaraq, bu işdə əli olan hər kəs, o cümlədən hərbi prokurorluq əməkdaşları cinayət məsuliyyətinə cəlb olunsunlar, çünki onların əməllərinə hüquqi qiymət verilmədən bu işə xitam vermək olmaz”. Hüquq müdafiəçisi deyir ki, “İşgəncələri təşkil edən şəxslər və günahkarlar məsuliyyətə cəlb olunsunlar”.
Nəhayət, bütün qurbanların reabilitasiyası lazımdır. "İnsanlar 5 ildən çoxdur həbsdədirlər, çoxları qapalı rejimdədir və bütün bunlar onların səhhətində çox böyük problemlər yaradır", - Cəfərov qeyd edir.

Emin Axund, Oxuməni.az