Azərbaycanda 13 Avqustun kriminal xronikası

Azərbaycanda 13 Avqustun kriminal xronikası

14 Avqust 2012 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Göyçay şəhər sakini E.Abbasov münaqişə zəminində A.Abdurəhmanova bıçaqla xəsarət yetirmişdir

13.08.2012

Avqustun 12-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisindəki "Kəpənək" kafesində Göyçay şəhər sakini Elsevər Abbasov münaqişə zəminində Abdurəhman Abdurəhmanova bıçaqla xəsarət yetirmişdir. E.Abbasov İsmayıllı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.08.2012

Avqustun 13-də saat 15.40 radələrində Nərimanov rayonu ərazisində, Şirvan şəhər sakini Çingiz Məmmədov "İsuzu" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Hənifə Rüstəmovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.08.2012

Avqustun 13-də saat 07.45 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri Yusif Sadıqovun idarə etdiyi "İsuzu" və Mehdi Ələsgərovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşınlar toqquşmuş, Y.Sadıqov idarəetməni itirdiyindən yolu keçən Bakı şəhər sakini Umleyla Məmmədovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Oğurluq etmiş Bakı şəhər sakini Hacıağa Dadaşov tutulmuşdur

13.08.2012

Avqustun 13-də Bakı şəhər sakini Sevil Əsgərova polisə müraciət edərək, evlərində yanğın baş verməsi nəticəsində vəfat etmiş qardaşı İlyas Məmmədəliyevə məxsus hesabında 260 manat pul olan bankomat kartının oğurlanmasını bildirmişdir. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Hacıağa Dadaşov tutulmuşdur.

Mağaza və mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Həsənzadə,A.Tağızadə və A.Məmmədov tutulmuşlar

13.08.2012

Oğurluq etdiyinə görə avqustun 11-də Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuş Samir Həsənzadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 22-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Aydın Tağızadə və Anar Məmmədovla birgə Xəqani Kərimova məxsus mağazadan 580 manat pul, danışıq kartları, tütün məmulatı, iyunun 25-də Sənubər Aslanovanın evindən 5000 manat pul, qızıl əşyaları və iyunun 29-da Viktor Zaxarovun mənzilindən 1 ədəd televizor oğurlamaları da müəyyən edilmişdir. A.Tağızadə və A.Məmmədov tutulmuşlar.

İyulun 13-də Ş.Şabanova məxsus avtomaşını oğurlamış şəxsin Pirşağı qəsəbə sakini E.Yusifov olması müəyyən edilmişdir

13.08.2012

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Şaban Şabanova məxsus qaçırılmış "VAZ-2106" markalı avtomaşının Pirşağı qəsəbə sakini Emil Yusifov tərəfindən qaçırılması müəyyən edilmişdir. Avtomaşın avqustun 13-də E.Yusifovun həyətində tapılmışdır.

Avqustun 5-də Ə.Ramazanova məxsus 2 baş qoyunu oğurlamış 3 nəfər tutulmuşlar

13.08.2012

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Əminağa Ramazanova məxsus 2 baş qoyunu oğurlamış Lənkəran rayon sakinləri İlkin Qafarov, Nəsib Mirverdiyev və Abşeron rayon sakini Musa Xudakərimov tutulmuşlar.

Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini İlkin Musayev çimərkən suda boğulmuşdur

13.08.2012

Avqustun 13-də Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisindəki göldə, Dağ Kəsəmən kənd sakini İlkin Musayev çimərkən suda boğulmuşdur.

Ağdaş rayonu Mürsəl kənd sakini Nanik Məmişova evinin eyvanından yıxılaraq ölmüşdür

13.08.2012

Avqustun 13-də Ağdaş rayonunun Mürsəl kənd sakini Nanik Məmişova evinin eyvanından yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Məmişova orada ölmüşdür.

Goranboy rayonu Rəhimli kənd sakini Nofəl Novruzov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

13.08.2012

Avqustun 13-də Goranboy rayonunun Rəhimli kəndi ərazisində, kənd sakini Nofəl Novruzov Subartezian quyularının İstismarı İdarəsinə məxsus transformatora müdaxilə edərkən, elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.