İnsan alverinin qurbanları

İnsan alverinin qurbanları

30 Noyabr 2022 15:29
165
Bəyəndim (8) Bəyənmədim (0)

Yaşadığımız dövürdə bir çox cinayətkar quruplar var ki, bunlardan bəziləri sırf insan alveri ilə məşğul olurlar. İnsan alveri dünyanın ən qorxulu bəlalarından, insan zorakılığının başlıca formalarından biridir. Bu sahəni araşdıran mənbələrin bəziləri bildirir ki, insan alverinin yayılması ilə bağlı bir çox müxtəlif təxminlər söyləmək mümkündür. Ona görə də bütün dünyada insan alverinin necə fəaliyyət göstərdiyini söyləmək çətindir. Əldə etdiyimiz bəzi məlumatlar bütün dünyada insan alveri probleminin nə qədər geniş olduğuna dair mübarizə aparan bəzi təşkilatlar üçün olduqca faydalı ola bilər. Verilən məlumatlarda bütün dünyada 24,9 milyon insan alverinin qurbanı olduğu deyilir. Araşdırmalara görə məlum olub ki, insan alveri dünyanın bütün ölkələrinə yayılıb. Müxtəlif ölkələrdə insan alveri və məcburetmə növləri insanların yerli adət-ənənələrinə və yaşayış şəraitinə görə dəyişə bilir. Mütəxəssislərin hesablamalarına görə dünyada 24,9 milyon insan alveri qurbanından təxminən 20,1 milyon əmək alveri qurbanı olduğunu müəyyən ediblər. Buraya cəza və ya zərər təhlükəsi altında işləyənlər və müəyyən xidmətləri yerinə yetirməyə məcbur edilən hər hansı şəxslər də daxildir. Bura həm də bir çox yerlərdə, fabriklərdə, fermalarda və ya ev işçiləri kimi işləməyə məcbur edilənlər də daxildir. Statistikaya görə qurbanların 9,2 milyonu kişi, 10,9 milyonu isə qadındır. 4,8 milyon insan isə seksual alverin qurbanı olub ki, bunların da 99%-i qadınlar və qızlardır. Bu statistikadan kənər aparılan araşdırmalara görə isə təxminən 3,3 milyon uşaq cinsi zorakılığa məruz qalmış və insan alverinin qurbanlarına çevrilmişdirlər. Nəzərinizə çatdırım ki, bu rəqəmlər araşdırma nəticəsidə qeydə alınıb. Güman edilir ki, bir o qədər də qeydə alınmayan qurbanlar var. Bu gün bütün dünyada insan alveri ilə məşğul olanlara qarşı güclü mübarizə tədbirləri görülməkdədir. Hətta bu mübarizənin vacibliyi nəzərə alınaraq iyulun 30-u İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü kimi təsis olunub və hər il qeyd edilir. İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bütün bunlara qarşı ölkəmizdə də çox ciddi işlər görülüb və görülməkdədir. Bu məqsədlə Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.

Son olaraq bütün oxucularıma bildirmək istəyirəm ki, diqqətli olsunlar ki, kimlərinsə tələsinə düşüb qurbana çevrilməsinlər.

Murad Şahməmmədov