
Salyanda ov tüfəngindən atəş açan şəxs qardaşının ölümünə səbəb oldu
Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə avqustun 12-də Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisindəki fermada qeydə alınıb. Şamaxı rayon sakini Laçın Mirzəyev ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq orada çoban işləyən qardaşı Rahibi yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R. Mirzəyev orada ölüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər