İsmayıllıda kafedə mübahisə bıçaqlanma ilə nəticələndi

İsmayıllıda kafedə mübahisə bıçaqlanma ilə nəticələndi

13 Avqust 2012 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayon Polis Şöbəsindən verilən məlumata görə, Göyçay şəhər sakini, 1965-ci il təvəllüdlü Abbasov Elsevər Abbasəli oğlu dostu, 1972-ci il təvəllüdlü Abdurrəhmanov Abdurrəhman Tağdıq oğlu ilə İsmayıllı rayonundakı kafelərdən birində mübahisə ediblər. Şəxsi münasibətlər zəminində münaqişə zamanı Elsevər Abdurrəhmana bir neçə bıçaq xəsarəti yetirib. A.Abdurrəhmanov ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

O.M.