Qırx nəfəri öldürən tibb bacısı

Qırx nəfəri öldürən tibb bacısı

23 Noyabr 15:27
61
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sizə Nyu Cersi və Pensilvaniyada 16 illik karyerası ərzində qırx nəfər xəstəni öldürdüyü güman edilən qatil tibb bacısı Çarlz Kallenin vahiməli həyat hekayəsi barədə məlumat vermək istəyirəm. Kallen ölümcül dozalarda insulin və digər potensial ölümcül dərmanlar tətbiq edərək qırx nəfəri öldürdüyünü etiraf edib və hazırda ömürlük həbs cəzasını çəkir. Kallenin tutulmasına onunla bir xəstəxanada işləyən həmkarı tibb bacısı Amy Loughren səbəb olub. Əməliyyatçılar onların işlədikləri xəstəxanada qeyri-adi ölümü araşdırdıqdan sonra Loughren Kallendən şübhələnməyə başlamışdır. Bütün pis əməllərin sonunda üstü açıldığı kimi bu cinayət işi də Amy Loughren sayəsində bağlı qalmamışdır. Bu real həyatda yaşanmış qanlı hekayə barəsində geniş məlumat əldə etmək istəsəniz bir az vaxt ayırıb internetdə araşdırma apara bilərsiniz. Heç kəs unutmasın ki, cinayət varsa, cəza da var.

Murad Şahməmmədov

--