VİDEO:Bakıda “Azərbaycan” nəşriyyatının qarşısında ağır yol qəzası baş verdi
Bu gün günorta saat 14:00 radələrində Bakı şəhəri Mətbuat prospektində, Azərbaycan nəşriyyatının qarşısında ağır yol nəqliyyat hadisəsi baş verib. Nəşriyyatın həyətindən çıxan VAZ-2107 markalı 10-TM-677 dövlət nömrə nişanlı avtomobil dördyol ayrıcına çıxarkən Mətbuat prospekti istiqamətində hərəkət edən QAZ-3110 markalı 10-LG-673 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə, VAZ-2107 markalı maşınının sürücüsü ağır bədən xəsarəti alıb. Təcili tibbi yardım stansiyasının əməkdaşları gələnə qədər yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib.
Şahidlərin verdiyi məlumata görə, qəzaya səbəb QAZ-3110 markalı maşının svetoforun qırmızı işığında yüksək sürətlə yoluna davam etməsi olub. Qəzanı törədən sürücü hadisə yerini dərhal tərk edib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
O.M.















.jpg)




















.jpg)

























































