Azərbaycanda 9 Avqustun kriminal xronikası

Azərbaycanda 9 Avqustun kriminal xronikası

10 Avqust 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

İyulun 13-də Bakı şəhər sakini Seylan İsrafilova bıçaqla xəsarət yetirmiş E.Süleymanov saxlanılmışdır

09.08.2012

Cari ilin iyul ayının 13-də Bakının Nizami rayonu ərazisindəki "Cənnət" şadlıq evində, Ağcabədi rayon sakini Elistan Süleymanov münaqişə zəminində Bakı şəhər sakini Seylan İsrafilova bıçaqla xəsarət yetirmişdir. E.Süleymanov Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən saxlanılmışdır.

Bakı şəhər sakini Yaqub Hacıyevə məxsus mağazadan pul aparmış Sumqayıt şəhər sakini Elşad Məhərrəmov tutulmuşdur

09.08.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini Yaqub Hacıyevə məxsus mağazadan 75 manat pul aparmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məhərrəmov tutulmuşdur.

Qaradağ RPİ-nin ik əməkdaşı xidməti fəzifələrini yerinə yetirərkən avtomaşınla vurulmuşlar

09.08.2012

Avqustun 9-da saat 23.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurmuş və qoşqu aşmışdur. Nəticədə S.Məmmədov hadisə yerində ölmüşdür. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ RPİ 11-ci PB-nin rəisi Vüsal Qaraşov və RPİ-nin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulmuşlar. B.Hacıyev hadisə yerində ölmüş, xəsarət almış V.Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü Ələt qəsəbə sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

İyulun 25-də avtomaşın qaçırmış Bakı şəhər sakini Rabil Əsədov tutulmuşdur

09.08.2012

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də Eynulla Abdullayevə məxsus "QAZ-2411" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Rabil Əsədov tutulmuşdur.

Rövşən Yusifovdan 1500 manat pulunu və mobil telefonunu almış Bakı şəhər sakinləri C.Məmmədov, Ş.Aslanov və Z.Musayev tutulmuşlar

09.08.2012

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Rövşən Yusifovdan 1500 manat pulunu və mobil telefonunu almış Bakı şəhər sakinləri Cavan Məmmədov, Şahmar Aslanov və Zamin Musayev tutulmuşlar.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Tural Qasımov saxlanılmışdır

09.08.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Elşən Ağayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Tural Qasımov saxlanılmışdır.

Dələduzluq etmiş Cəlilabad rayon sakinləri Şahin Məhərrəmov və onun bacısı Xanımgül tutulmuşlar

09.08.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Cümşüd Məmmədova qarşı dələduzluq etmiş Cəlilabad rayon sakinləri Şahin Məhərrəmov və onun bacısı Xanımgül tutulmuşlar.

Gəncə şəhər sakini Təhminə İbayevanın evindən oğurluq etmiş Asiman və Sənan Səfərovlar saxlanılmışlar

09.08.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Təhminə İbayevanın evindən qızıl əşyaları oğurlamış Gəncə şəhər sakini Asiman Səfərov və onun qardaşı Sənan saxlanılmışlar.

Qaradağ rayonu ərazisindəki Hərbi şəhərcikdə təmir işləri aparan F.Alıyev 3-cü mərtəbədən yıxılaraq ölmüşdür

09.08.2012

Avqustun 9-da Qaradağ rayonunun Güzdək qəsəbəsindəki Hərbi şəhərcikdə təmir işləri aparılan 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən, orada fəhlə işləyən Ağsu rayon sakini Fəzail Alıyev yıxılaraq ölmüşdür.

Səbail rayonu Bayıl qəsəbə sakini Sevda Bayramova avqustun 5-də aldığı yanıq xəsarətindən ölmüşdür

09.08.2012

Avqustun 5-də Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan Sevda Bayramova evindən yanıq xəsarətləri ilə xəstəxanaya gətirilmiş və avqustun 9-da orada ölmüşdür.

Cəlilabad rayonu Üçtəpə kənd sakini Mahizər Mahmudova elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

09.08.2012

Avqustun 9-da Cəlilabad rayonunun Üçtəpə kənd sakini Mahizər Mahmudova həyətlərində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.