Bakıda kafedə işləyən 53 yaşlı qadın bıçaqlanıb

Bakıda kafedə işləyən 53 yaşlı qadın bıçaqlanıb

10 Avqust 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Polis İdarəsindən verilən məlumta görə, hadisə Bakının Yasamal rayonu Şərifzadə küçəsində yerləşən kafelərin birində baş verib. Hadisə zamanı həmin obyektdə işləyən 53 yaşlı Nailə Dadaşova bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Nailə Dadaşovanın müalicəsi 1 saylı şəhər klinik xəstəxanasında davam etdirilir. Yaralının huşu özündə olmadığından hadisə ilə bağlı onun izahatını almaq mümkün olmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Cinayətkarın tapılması üzrə axtarışlar başlanılıb.

O.M.