Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirdi
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
Oxuməni.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu İsgəndər adlı şəxs arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report"a bu faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
























































.jpg)






































