Sumqayıtda məhkum oğurluq edərkən yaxalanıb

Sumqayıtda məhkum oğurluq edərkən yaxalanıb

9 Avqust 2012 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, 2010-cu ildə oğurluq üstündə həbs edilərək məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilən, 1991-ci il təvəllüdlü Baqiri Siruz Mövsüm oğlu ötən gecə Sumqayıtda mağazadan oğurluq edərkən polis əməkdaşları tərəfindən cinayət başında tutulub. Polisdən həmçinin bildirilib ki, Baqiri Siruz Mövsüm oğlu hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır. O, ailəsi ilə görüşmək üçün evə buraxılıbmış.

O.M.