
Qaxda 30 yaşlı qadının 15 manata görə öldürüldüyü məlum oldu
Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alatəmir kənd sakini, 1982-ci il təvəllüdlü Saknelaşvili Sorena Quramovnanın başından daşla vurularaq öldürüldüyü müəyyənləşib. Hadisəni törətməkdə təqsirli bilinən elə həmin kənd sakini, 1988-ci il təvəllüdlü Papiyaşvili Asiko Qiorqiyeviç tutularaq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı o, 30 yaşlı qızı 15 manat borca görə öldürdüyünü bildirib.
Qeyd edək ki, məlum hadisə avqustun 5-də Qaxın Alatəmir kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Saknelaşvili Sorena Quramovnanın yaşadığı evin həyətyanı sahəsində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Fakt araşdırılır.
O.M.