ŞOK: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı

ŞOK: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı

3 Oktyabr 13:09
243
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Oxuməni.az Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.