Azərbaycanda 6 Avqustun kriminal xronikası

Azərbaycanda 6 Avqustun kriminal xronikası

7 Avqust 2012 12:56
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.08.2012

Avqustun 6-da saat 18.30 radələrində Xızı rayonu ərazisində, Bakı şəhər sakini Rafiq Şahverdiyev "Şadman" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun digər cinayət əməlləri müəyyən edilmişdir

06.08.2012

Oğurluq etdiklərinə görə avqustun 5-də Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuş Rövşən Əzizovun və Mübariz Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2011-ci ilin fevral, mart və aprel ayları ərzində Sadatlı kənd sakinləri Təyyar Eynullayevə məxsus 5 baş, Hüseyn İbadova məxsus 7 baş və Mirxan Əhmədova məxsus 3 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.

Bakı şəhər sakini Əhməd Budaqovdan ov tüfəngi götürülmüşdür

06.08.2012

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Budaqovdan 1 ədəd "İJ-18" markalı ov tüfəngi götürülmüşdür.

Şamo Məmmədovu qətlə yetirib hadisə yerindən qaçmış Xırdalan şəhər sakini Cavidan Məmmədov tutulmuşdur

06.08.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Şamo Məmmədovu qətlə yetirib hadisə yerindən qaçmış Xırdalan şəhər sakini Cavidan Məmmədov tutulmuşdur.

Oğurluq etmiş Mingəçevir şəhər sakini Fuad Əliyev və Goranboy rayon sakini Nizadil Həsənov saxlanılmışlar

06.08.2012

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-nə keçən gecə Alırzalı kənd bələdiyyəsinə məxsus 19 metr dəmir borunu rayon sakini Kamran Kazımovun idarə etdiyi "KamAZ" markalı avtomaşında oğurlayıb apararkən Mingəçevir şəhər sakini Fuad Əliyev və rayon sakini Nizadil Həsənov saxlanılmışlar.

Oğurluq etmiş Ağdaş rayon sakini Bəhman Bayramov tutulmuşdur

06.08.2012

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyun ayının 5-dən avqust ayının 5-dək olan müddət ərzində Böyük Əmili kəndində, Bakı şəhər sakini Vasif Şirinova məxsus ofisdən 2 ədəd optik cihaz, 2 ədəd hava telefonu, 1 ədəd noutbuk və 1 ədəd monitor oğurlamış Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Bəhman Bayramov tutulmuşdur.

Qızıl əşyaları oğurlamış Yevlax rayon sakini Alim Abdullayev tutulmuşdur

06.08.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Etiqat Abdullayevin və avqustun 5-də Rəşid Əliyevin evlərindən qızıl əşyaları oğurlamış rayon sakini Alim Abdullayev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Abşeron rayon sakini Bəxtiyar Məmmədov ölmüşdür

06.08.2012

Avqustun 5-də saat 14.30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Sadəddin İsrafilov "Mersedes" markalı avtomaşını idarə edərkən Abşeron rayon sakini Bəxtiyar Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 6-da orada ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.08.2012

Cari il fevral ayının 13-də saat 15.45 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Elşad Nuriyev "Opel" markalı avtomaşını idarə edərkən yolu keçən Elvin Nuriyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 6-da orada ölmüşdür.

Lənkəran rayonunun İstisu qəsəbə sakini Rüxsarə Abdullayeva qazdan zəhərlənərək ölmüşdür

06.08.2012

Avqustun 6-da Lənkəran rayonunun İstisu qəsəbə sakini Rüxsarə Abdullayevanın həyətində, rayon sakini Tərlan Həmidov su quyusu qazarkən yerin altından çıxan qazdan zəhərlənərək ölmüş, onu xilas etməyə cəhd göstərmiş qohumu Samir Abdullayev isə zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 4 yaşlı Sinan Əlizadə ölmüşdür

06.08.2012

Avqustun 5-də saat 10.00 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndi ərazisində, Ağdam rayon sakini Həşim Qasımov "KamAZ" markalı avtomaşını idarə edərkən 4 yaşlı Sinan Əlizadəni vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq avqustun 6-da orada ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Pərviz Kazımov ölmüşdür

06.08.2012

Avqustun 4-də saat 23.30 radələrində Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisində, qəsəbə sakinləri İvan Larko "Opel" markalı avtomaşını idarə edərkən Pərviz Kazımov vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 6-da orada ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayon sakini Səfər Həsənov ölmüşdür

06.08.2012

Avqustun 5-də saat 14.30 radələrində Masallı rayonu ərazisində, rayon sakini Səfər Həsənov motosikleti idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 6-da orada ölmüşdür.

O.M.