“Mən verilən tapşırıqları icra eləmişəm...” – “Qaralov, Usubov, Mahmudov olan yerdə, heç kim idim...”

“Mən verilən tapşırıqları icra eləmişəm...” – “Qaralov, Usubov, Mahmudov olan yerdə, heç kim idim...”

19 Sentyabr 15:55
320
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov məhkəmədə son sözlə çıxış edib.

Oxuməni.az "Gununsesi.info"-ya istinadla xəbər verir ki, keçmiş Baş prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu, MTN rəhbəri Eldar Mahmudovu günahlandıran Yasin Məmmədov, sifarişlə işlədiyini deyib: “Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov, Mövlam Şıxəliyev olan yerdə, heç kim idim. Qərarları faktiki özüm vermirdim, nə deyirdilərsə, onu edirdim. Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbs olunması üçün vəsatət qaldırım? Baş Prokurorluqda müzakirə edilib razılıq verilirdi, biz də işimizi görürdük. Mən bu dövlətə canımı fəda eləmişəm. Balalarımı atasız, ev-eşiksiz qoymayın…”

Digər polkovnik Sahib Ələkbərov da sadəcə icraçı olduğunu deyir. O, tələb edib ki, qanunsuz həbslərə görə onu cəzalandırırlarsa, o halda, həmin işlərdə istintaqa nəzarət edən prokurorlar, həbs qərarı çıxaran hakimlər, rəy vermiş ekspertlər də məhkum olunsun: “Çünki yalnız MTN müstəntiqi heç nə edə bilməzdi. Mən verilən tapşırıqları icra eləmişəm. Tapşırıq verən vəzifəli şəxsin adını məhkəmə zalında ona görə çəkmirəm ki, bu məsələ mətbuatda hallanmasın. Amma yazılı şəkildə məhkəməyə təqdim edəcəm”.