Goranboyda bir nəfər qonşusunu qətlə yetirib
Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, Şadlı adlı kəndində qeydə alınıb. Kənd sakini Dilarə Əliyeva yaşadığı ünvanda qətlə yetirilib və qarət olunub. Meyitə ilkin baxış keçirilərkən onun küt alətlə öldürüldüyü müəyyənləşib. Qadının öldürdükdən sonra yaşadığı evin həyətinə atıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində D. Əliyevanı qarət məqsədi ilə həmkəndlisi Amid Əliyev tərəfindən öldürüldüyü müəyyənləşib və o tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər