Qusarda ər arvadını vəhşicəsinə qətlə yetirib

Qusarda ər arvadını vəhşicəsinə qətlə yetirib

31 Avqust 2022 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 30-u saat 23 radələrində Qusar rayonu, Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxuməni.az-a Qusar rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Farik Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.