Qadın ərini yuyucu vasitə ilə qəsdən zəhərləmədə şübhəli bilinərək həbs edildi...

Qadın ərini yuyucu vasitə ilə qəsdən zəhərləmədə şübhəli bilinərək həbs edildi...

14 Avqust 11:45
84
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən mart ayında içdiyim limonadlarda kimyəvi dad hiss etməyə başladım..."

ABŞ-da ərini yuyucu vasitə ilə zəhərləmədə şübhəli bilinən bir qadın həbs edilib.

ABŞ-ın Cənubi Kaliforniya ştatında ərini kanalizasiyanı təmizləmək üçün vasitə ilə zəhərləməyə cəhddə şübhəli bilinən qadın həbs edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABC 7 New York nəşri məlumat verib.

53 yaşlı Cek Çen özünün 45 yaşlı həyat yoldaşı Yue Yuyu çay və limonadına yuyucu vasitə qarışdırmasında şübhələnib.

"Mən mart ayında limonadda kimyəvi dad hiss etməyə başladım", - kişi iddda edib.

Tezliklə onda qarın ağrısı meydana çıxıb və o, qastroenteroloqa müraciət edib. Həkim pasientə mədə xorası, qastrit və ezofaqit aşkar edib.

Zəhərləndirilməsinə şübhələrini yoxlamaq üçün mətbəxdə kamera quraşdırıb. Kadrlardan görünür ki, Yuy yuyucu vasitə olan şüşəni götürüb stəkanların birinə tökür. Lakin qadının bu stəkanı ərinə verməsi bəlli deyil.

Polislər ailənin evində axtarış aparıb, Yuy saxlanılıb və Orinc dairəsindəki həbsxanaya salınıb. Sonradan 30 min dollarlıq girov müqabilində qadın azad edilib.

Çen təkid edir ki, həyat yoldaşı nəinki onu zəhərləməyə cəhd edib, həm də ona və övladlarına fiziki və psixoloji zorakılığa məruz qoyub. Bununla əlaqədar olaraq kişi uşaqları üzərində təkbaşına qəyyumluğa cəhd edir. Yuyun vəkili Çenin bu ittihamları "tamamilə və birmənalı olaraq" yalan adlandırıb. Bu işlə bağlı məhkəmə davam edir.