Azərbaycanda 1 Avqustun kriminal xronikası

Azərbaycanda 1 Avqustun kriminal xronikası

2 Avqust 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Ağcabədi rayon sakini N. Alışova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini G. Allahverdiyev saxlanılmışdır

01.08.2012

Avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində, Bakı şəhər sakini Gəncəli Allahverdiyev münaqişə zəminində Ağcabədi rayon sakini Namiq Alışova bıçaqla xəsarət yetirmişdir. G.Allahverdiyev Qaradağ RMŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdir.

Dəniz çimərliyində M.Quliyevə məxsus mobil telefonu oğurlamış P.Muqbilov tutulmuşdur

01.08.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, şəhər sakini Məhəmməd Quliyevə məxsus mobil telefonu oğurlamış həmyerlisi Pərviz Muqbilov tutulmuşdur.

İyulun 31-də Binəqədi rayon sakini L.Vəlizadənin evindən oğurluq etmiş P.Əliyeva tutulmuşdur

01.08.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Lalə Vəlizadənin evindən 2000 manat pul və geyim əşyaları oğurlamış Pərvanə Əliyeva tutulmuşdur.

İyulun 30-da H.Məmmədova məxsus avtomaşından pul oğurlamış Bakı şəhər sakini Ə.İlyasov tutulmuşdur

01.08.2012

Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Həsənalı Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşından 1200 dollar pul oğurlamış Bakı şəhər sakini Əzim İlyasov tutulmuşdur.

Xətai rayon sakini X.Həsənlinin mənzilinə gəlib ona qarşı quldurluq etmiş M.Nəsirov tutulmuşdur

01.08.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xıdır Həsənlinin mənzilinə gəlib ona qarşı zor tətbiq edərək 60 manat pulunu, mobil telefonunu və gümüş üzüyünü ondan almış Bakı şəhər sakini Murad Nəsirov tutulmuşdur.

Şirvan şəhər sakini F.Gözəlova məxsus ev quşlarını oğurlamış V.Budaqov tutulmuşdur

01.08.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-nə keçən gecə şəhər sakini Fədai Gözəlova məxsus 41 ədəd ev quşu həyətindən oğurlamış Tərtər rayon sakini Vüsal Budaqov tutulmuşdur.

İyulun 30-da Astara rayon sakini H.Cabbarova məxsus mal-qaranı oğurlamış R.Yunuszadə tutulmuşdur

01.08.2012

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Habil Cabbarova məxsus 3 baş qoyunu oğurlamış Şahağacı kənd sakini Ramin Yunuszadə tutulmuşdur.

Axtarışda olan Elşən Mustafayev tutulmuşdur

01.08.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Volqoqrad Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyasının CM-nin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Elşən Mustafayev tutulmuşdur.

O.M.