Ordumuzun əsgəri qətlə yetirilib, həbs olunan var - Rəsmi

Ordumuzun əsgəri qətlə yetirilib, həbs olunan var - Rəsmi

5 Avqust 2022 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Oxuməni.az-a Baş Prokurorluqdan bildirilib.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.