
Azərbaycanda 31 İyulun kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur
Ögey oğlu Cavanşir Bəkirova bıçaqla xəsarət yetirmiş Ədalət Səfərov tutulmuşdur
31.07.2012
İyulun 31-də Binəqədi rayonunun Baksol yaşayış sahəsindəki yeni tikilmiş evlərdən birində yaşayan Ədalət Səfərov münaqişə zəminində ögey oğlu Cavanşir Bəkirova bıçaqla xəsarət yetirmişdir. Ə.Səfərov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.
Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.07.2012
İyulun 31-də saat 06.30 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində, Bakı şəhər sakini Vadər Hüseynov "Toyota" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış 3 sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
31.07.2012
İyulun 31-də saat 16.00 radələrində Bərdə rayonu ərazisində, Bakı şəhər sakini Nazim Musayev "Tatra" markalı avtomaşını idarə edərkən yolu keçən Saday Hüseynovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Tovuz rayonunun Cəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.07.2012
İyulun 31-də saat 23.10 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində, rayon sakinləri Elxan Müseyibovun idarə etdiyi "QAZ-3110" və Fərmayıl Nağıyevin idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Müseyibovun xəsarət almış sərnişini Pərvanə Həsənova xəstəxanaya aparılarkən yolda ölmüş, hər iki sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Fermadan 4 baş qoyun oğurlamış Masallı rayon sakinləri Rəşad Nəcəfov və Əlifağa Məmmədov tutulmuşlar
31.07.2012
Baş Cinayət-Axtarış İdarəsi və Masallı RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Elməddin Qəmbərova məxsus fermadan 4 baş qoyun oğurlamış rayon sakinləri Rəşad Nəcəfov və Əlifağa Məmmədov tutulmuşlar.
5 baş inək oğurlamış Cəlilabad rayon sakinləri Rövşən Əzizov və Mübariz Kərimov tutulmuşlar
31.07.2012
Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Məşədihüseynli kəndinin otlaq sahəsindən kənd sakini Rafiq Tanrıverdiyevə məxsus 5 baş inək oğurlanmış rayon sakinləri Rövşən Əzizov və Mübariz Kərimov tutulmuşlar.
Ağdam şəhər sakini Zülfiyyə İsmayılova qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılmışdır
31.07.2012
İnsan Alveribə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam şəhər sakini Zülfiyyə İsmayılova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və nəsimi rayonu ərazisində əxlaqsızlıq yuvası təşkil etməsi faktı ilə əlaqədar saxlanılmışdır.
Oğurluq etmiş Köhnə Corat qəsəbə sakini Tahir Şahbazov tutulmuşdur
31.07.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Akifə İsgəndərovaya məxsus 2 ədəd mobil telefonu oğurlamış Köhnə Corat qəsəbə sakini Tahir Şahbazov tutulmuşdur.
Oğurluq etmiş Zabrat qəsəbə sakini Emin Səfərov tutulmuşdur
31.07.2012
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayının 22-də Məhəmmədi qəsəbə sakini Rəvanə Həsənovanın evindən 1500 manat pul oğurlanmış Zabrat qəsəbə sakini Emin Səfərov tutulmuşdur.
Bərdə şəhər sakini Zaur Novruzov 140 kq at ətini satarkən saxlanılmışdır
31.07.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki "Kənd Təssərrüfatı Yarmarkası"nda Bərdə şəhər sakini Zaur Novruzov Bərdə rayonundan aldığı 140 kiloqram at ətini satarkən saxlanılmışdır.
Kəlbəcər rayon sakini Mehdi Mehdiyev kanalda çimərkən suda boğulmuşdur
31.07.2012
İyulun 31-də Ağdaş rayonunun Kəlbəcər rayon sakini Mehdi Mehdiyev Şirvan kanalında çimərkən suda boğulmuşdur.
Quba rayon sakini 2 yaşlı Nərminə Niftəliyeva arxa yıxılmış və suda boğulmuşdur
31.07.2012
İyulun 31-də Quba rayonu 1-ci Nügədi kənd sakini 2 yaşlı Nərminə Niftəliyeva həyətlərindəki arxa yıxılmış və suda boğulmuşdur.
Zaqatala rayonunun Danaçı kənd sakini Şaban Atayev yıxılaraq aldığı xəsarətdən ölmüşdür
31.07.2012
İyulun 31-də Zaqatala rayonunun Danaçı kəndi ərazisində, kənd sakini Şaban Atayev velosipedi idarə edərkən, onu həmkəndlisi Əfqan Diniyev sürdüyü ata vurmuşdur. Nəticədə Ş.Atayev yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
O.M.